Ermənistanda koronavirusa yoluxanların sayı 15-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 15-ə çatıb
# 14 mart 2020 14:23 (UTC +04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib.

Nazirin sözlərinə görə, yoxlanışdan keçən 38 nəfərdən 2-də nəticə pozitiv çıxıb. Bununla da ölkədə COVID19-a yoluxanların sayı 15-ə çatıb. Torosyan bildirib ki, həmin 2 nəfər daha öncə virusa yoluxmuş şəxslə əlaqədə olub.

Nazir xəstələrin karantinə alındığını, bir nəfərdə isə pnevmaniyanın olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR