Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb
# 29 mart 2020 08:59 (UTC +04:00)

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid Məlumat Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, İrəvanın “Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ölüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir.

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR