Ermənistanda son sutkada 535 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb

#
# 11:02
8 iyul 2020

Ermənistanda son sutka ərzində daha 535 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 29 820 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 18 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 521 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 17 427 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR