Ermənistanda son sutkada 614 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Ermənistanda son sutkada 614 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb
# 09 oktyabr 2020 10:55 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 614 yoluxma qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 55 087 nəfərə çatıb.

Son 24 saat ərzində 6 nəfər ölüb, bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 1 010 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR