Ermənistanda son sutkada koronavirusa 1221 yoluxma qeydə alınıb, 29 nəfər ölüb

Ermənistanda son sutkada koronavirusa 1221 yoluxma qeydə alınıb, 29 nəfər ölüb
# 10 noyabr 2020 11:12 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 221 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə çatıb. 
 
Son 24 saatda 29 nəfər koronavirusdan vəfat edib ki, bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 1 609-a yüksəlib. 
 
66 835 nəfər xəstəlikdən sağalıb, 39 831 nəfərin müalicəsi davam edir. 
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR