Ermənistanda son sutkada koronavirusa 547 yoluxma qeydə alınıb, 19 nəfər ölüb

Ermənistanda son sutkada koronavirusa 547 yoluxma qeydə alınıb, 19 nəfər ölüb
# 18 aprel 2021 11:01 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR