Ermənistanda son sutkada koronavirusa 649 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada koronavirusa 649 yoluxma qeydə alınıb
# 10 oktyabr 2020 11:04 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 649 yoluxma qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 55 736 nəfərə çatıb.

Son 24 saat ərzində 6 nəfər ölüb, bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 1 016 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR