Ermənistanda yeni il gecəsi 52 nəfər pirotexnikadan xəsarət alıb

Ermənistanda yeni il gecəsi 52 nəfər pirotexnikadan xəsarət alıb
# 02 yanvar 2020 00:57 (UTC +04:00)

Ermənistanda 50-dən çox sakin yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

“Son iki gün ərzində Ermənistanın tibb müəssisələrinə 52 nəfər pirotexnika və fişəng xəsarətləri ilə müraciət edib”, - deyə Torosyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, xəsarət alanların səkkizi 7-14 yaş arası uşaqlar, yeddisi 15-17 yaş arası yeniyetmələr, qalanları isə 18 yaşdan yuxarı böyüklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR