Ermənistanda yol qəzasında iki hərbçi ölüb, dörd hərbçi yaralanıb

#
# 13:49
15 aprel 2021

Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın “shamshyan.com” saytına istinadən verdiyi xəbərə görə, yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Sürücünün avtomobili içkili halda idarə etdiyi məlum olub. Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan hadisə yerindən qaçmağa müvəffəq olsa da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib. 

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR