Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”

Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”
# 07 iyun 2020 13:58 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.

APA bildirir ki, o, bu barədə Facebook səhifəsində yazıb: "Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var".

Qeyd edək ki, N. Paşinyan və ailəsi də COVID-19-a yoluxub və Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.

Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.

İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR