Goranboyda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb

Goranboyda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb
# 22 yanvar 2020 08:39 (UTC +04:00)

Goranboyda yol qəzası olub, yaralananlar var.

APA-nın Mingəçevir bürüosunun məlumatına görə, hadisə Qızılhacılı kəndi istiqamətində baş verib.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Həsənova Mehriban Həsən qızı və Adıgözəlov Əli Xanlar oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin rayon sakinləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR