Gürcüstan-Rusiya sərhədində zəlzələ olub

Gürcüstan-Rusiya sərhədində  zəlzələ olub
# 27 yanvar 2020 02:27 (UTC +04:00)

 

 Gürcüstanın Rusiya ilə sərhədində 4 bal gücündə zəlzələ olub. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 01:01-də qeydə alınıb.

Dağıntı barədə məlumat yoxdur. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR