Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib
# 24 aprel 2021 15:15 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa verib.

APA-nln yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hakim "Gürcü arzusu" partiyası bu posta vitse-spiker Kaxa Kuçavanın təyin edilməsinə qərar verib.

Qeyd edək ki, K. Kuçava həm də Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR