Gürcüstanda daha 1 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 1 nəfər koronavirusdan ölüb
# 18 aprel 2020 22:57 (UTC +04:00)

Gürcüstanda daha bir nəfər koronavirusdan vəfat edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfərə, koronavirusa yoluxanların sayı isə daha üç nəfər artaraq 388-ə çatıb. Hazırda Gürcüstanda 4971 nəfər karantində saxlanılır, stasionar müalicədə isə 519 nəfər var. Virusa yoluxmuş şəxslərdən 86-sı sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR