Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb
# 22 aprel 2020 19:34 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 416 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, yoluxmuş şəxslərdən 105-i artıq sağalıb, 5-i isə vəfat edib.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa görə karantində 5160 nəfər saxlanılır, stasionar müalicədə isə 579 nəfər var.

Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR