Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb

Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb
# 12 aprel 2021 00:17 (UTC +04:00)

Gürcüstanda koronavirus infeksiyasının yayılmasının üçüncü dalğası başlayıb.

APA xəbər verir ki, bunu Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin baş direktoru Amiran Qamkrelidze “Rustavi 2” telekanalının efirində bildirib.

“Ölkədə artıq üçüncü dalğa başlayıb, ancaq epidemiyaya geniş miqyasda yoluxmamaq üçün mümkün qədər onun idarəedilən olmasını istəyirik. Bizdə infeksiyanın kütləvi yayıldığı yerlər çox sayda insanın toplaşdığı məkanlarla əlaqəlidir: toylar, anım mərasimləri, ad günləri və s.”, - deyən Qamkrelidze son vaxtlar yoluxma hallarının əksəriyyətinin Britaniya ştammının yayılması ilə bağlı olduğunu da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR