Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb

Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb
# 30 oktyabr 2020 08:49 (UTC +04:00)

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yük maşını ilə mikroavtobus toqquşub, nəticədə 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın yerli bürosu Gürcüstan Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında yolun 77-ci kilometrində baş verib.

Bildirilib ki, yük maşını Türkiyə dövlət qeydiyyat nişanlı olub.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR