Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb
# 16 fevral 2020 01:44 (UTC +04:00)

Gürcüstanın Qudauri xizəksürmə istirahət mərkəzində bir qrup rusiyalı turist qar uçqunu altında qalıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə istirahət mərkəzindən bildirilib.

Xilasetmə tədbirləri zamanı qar altından üç rusiyalı turist xilas edilib. Digər bir nəfərin axtarışı davam etdirilir.

Qudauri xilasetmə xidmətindən bildirilib ki, sözügedən turistlər heç bir qoruyucu vasitələrdən istifadə etmədən qadağan olunmuş ərazidə xizək sürüblər. Nəticədə qar uçqunu ilə üzləşərək, həyatlarını itiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR