Gürcüstandakı seçkilərlə bağlı "exit-poll" nəticələri açıqlanıb

Gürcüstandakı seçkilərlə bağlı "exit-poll" nəticələri açıqlanıb
# 31 oktyabr 2020 21:28 (UTC +04:00)

Gürcüstanda parlament seçkiləri ilə bağlı “exit-poll” keçirilib.

APA "TASS"-a istinadən xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs əldə edib. Üçüncü yerdə isə 3 faiz səslə Avropalı Gürcüstan Partiyasıdır.

Seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.

Qeyd edək ki, hakim "Gürcü arzusu" partiyasının fəalları artıq qələbəni qeyd edirlər. Bu münasibətlə partiyanın mərkəzi qərargahının önündə tədbir keçirilir. Partiyanın sədri Bidzina İvanişvili siyası həmfikirlərini qələbə münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR