Gürcüstanın hakim partiyası Baş nazir və Parlamentin spikeri vəzifələrinə öz namizədlərini irəli sürüb

Gürcüstanın hakim partiyası Baş nazir və Parlamentin spikeri vəzifələrinə öz namizədlərini irəli sürüb
# 10 sentyabr 2020 20:29 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ölkənin baş naziri postuna hazırkı Baş nazir Giorgi Qaxarianın namizədliyini irəli sürüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərar partiyanın hazırda davam edən iclasında elan edilib.

İclasda parlamentin spikeri vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

Hakim partiyanın 30 majoritar namizədinin adı açıqlanacaq.

Qeyd edək ki, bu il oktyabrın 31-də Gürcüstanda Parlament seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR