İrəvan şəhərinin sabiq meri tutulub

İrəvan şəhərinin sabiq meri tutulub
# 06 avqust 2020 14:35 (UTC +04:00)

İrəvan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub.

APA-nın xəbərinə görə, bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq merin saxlanıldığını təsdiqləyib.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.

Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR