Kiyevdə deputatın avtomobilinə açılan atəş nəticəsində oğlu ölüb

Kiyevdə deputatın avtomobilinə açılan atəş nəticəsində oğlu ölüb
# 02 dekabr 2019 07:32 (UTC +04:00)

Ukraynada naməlum şəxs Kiyev Regional Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobilinə atəş açıb.

APA yerli TSN TV-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Kiyevin Lev Tolstoy küçəsində baş verən hadisə nəticəsində V.Sobolevin azyaşlı oğlu ölüb.

Deputat oğlunun öldürüldüyünü təsdiqləsə də, əlavə açıqlama verməyib.

Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR