Kiyevin mərkəzində elektrik enerjisi kəsilib

Kiyevin mərkəzində elektrik enerjisi kəsilib
# 28 noyabr 2019 03:05 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində, o cümlədən parlament binası da daxil olmaqla 245 binada elektrik enerjisi kəsilib.

APA TASS-a istinadla xəbər verir ki, buna səbəb yüksək gərginlikli xəttin zədələnməsi olub.

Qısa zamanda Ali Radanın elektrik enerjisi bərpa edilsə də, digər obyektlər hələ də işıqsız qalıb.

Paytaxtda işıqforların işləməməsi avtomobillərin hərəkətini çətinləşdirib.

“DTEK” Kiev Elektrik Şəbəkəsi zədələnmiş yüksək gərginlikli xəttin bərpası ilə bağlı təxirəsalınmaz işlərin getdiyini açıqlayıb.

Qeyd edilib ki, hazırda istehlakçılara müvəqqəti olaraq ehtiyat mənbələrdən enerjinin ötürülməsinə çalışılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR