Klinika: Navalnının vəziyyəti stabildir

Klinika: Navalnının vəziyyəti stabildir
# 28 avqust 2020 16:56 (UTC +04:00)

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının vəziyyəti stabildir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, A. Navanlının müalicə olunduğu Almaniyanın “Charite” klinikasından bildirilib ki, simptomlar getdikcə yoxa çıxır. Bununla belə, klinikadan deyiblər ki, A. Navalnı hələ də komada, süni tənəffüs aparatına qoşuludur.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR