Koronavirusa yoluxmuş Yuliya Timoşenko süni tənəffüs aparatına qoşulub

#
# 14:48
25 avqust 2020

Ukraynanın "Batkivşina" partiyasının yeni növ koronavirusa (COVID-19) yoluxmuş lideri Yuliya Timoşenkonun səhhəti ağırdır.

APA-nın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə onun mətbuat katibi Marina Soroka deyib.

"Yuliya Vladimirovnanın vəziyyəti hələ də dəyişməz, ağır olaraq qalır. Dünən axşamdan COVID-19-un müalicə protokoluna uyğun olaraq intensiv müalicə alır", - deyə mətbuat katibi bildirib.

Y. Timoşenkonun süni tənəffüs aparatına qoşulduğu açıqlanıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR