Koronavirusun yeni simptomu tapılıb

Koronavirusun yeni simptomu tapılıb
# 02 may 2020 06:20 (UTC +04:00)

“Koronavirusa yoluxmuş bəzi xəstələrdə müxtəlif dəri səpkiləri müşahidə edilir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva şəhər Kommunark yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko Rusiya Yəhudi Konqresinin təşkil etdiyi onlayn videokonfrans zamanı bildirib.

Baş həkimin sözlərinə görə, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri üzə çıxır: “Bunlar haqqında çox yazılmırdı. Çinli həmkarlarımız az hallarda bununla bağlı müəyyən fikirlər səsləndirirdi. Həmçinin, ingilis həkimlər də eyni simptomlarla qarşılaşıblar”.

Virusun yayıldıqca mutantlaşdığını deyən mütəxəssis dəri səpkilərinin bədənin müxtəlif yerlərində, ilk növbədə əllərdə və qarın nahiyəsində göründüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR