Kreml Belarusda saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edir

Kreml Belarusda saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edir
# 31 iyul 2020 15:33 (UTC +04:00)

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı insident barədə ətraflı danışıqlar aparılıb.

"Yaxın vaxtlarda bu hadisəyə aydınlıq gətiriləcəyi və əsassız saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edildiyi bildirilib", - deyə Kremlin məlumatında vurğulanıb.

Bundan başqa, iclasda ölkə daxilində sosial-iqtisadi gündəmə dair müxtəlif məsələlər müzakirə olunub.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl hərbi qrupunun döyüşçüləri Belarusda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR