Kreml Putin-Zelenski görüşünün keçirilməsi üçün şərtlərini açıqlayıb

Kreml Putin-Zelenski görüşünün keçirilməsi üçün şərtlərini açıqlayıb
# 30 aprel 2021 15:29 (UTC +04:00)

“Moskva Kiyevdən Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin mümkün danışıqları ilə bağlı konkret təkliflər gözləyir. Hələlik, heç bir təklif yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təəssüf ki, hələ də bu məsələ ilə bağlı heç bir konkretliyi bölüşə bilmirəm. Yəqin ki, işgüzar və ya rəsmi qaydada bizə konkret təkliflər verilməlidir. Hələlik heç nə yoxdur, nə gündəlik, nə də heç nə ilə bağlı... Məsələ ondadır ki, Prezident Zelenskinin fərdi şəkilıdə qərarlar verir, lakin bizim də müəyyən prosedurlarımız var”, - deyə Krmelin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Zelenski İtalyanın “La Repubblica” qəzetinə müsahibəsində Vatikanın Rusiya ilə Donbass nizamlanması ilə bağlı danışıqların keçirilməsi üçün optimal yer olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR