Lavrov: “Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi cinayətdən betərdir”

Lavrov: “Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi cinayətdən betərdir”
# 13 aprel 2021 11:50 (UTC +04:00)

Əgər Avropa İttifaqının (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyalar Vyanada aparılan danışıqların qızğın vaxtı bilərəkdən qəbul edilibsə, onda bu səhv cinayətdən də pisdir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflər danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Aİ-nın İrana qarşı sanksiyalarına münasibət bildirərkən deyib.

“Bu gün Avropa İttifaqının İran İslam Respublikasının bir sıra rəsmi şəxslərinə qarşı insan haqlarının pozulduğuna görə sanksiya tətbiq etdiyi xəbərini eşidəndə təəccübləndim. Bu qərarın tam mətnini hələ görməmişəm, amma faktın özü çox sayda sual doğurur. Əgər Avropa İttifaqında hansısa koordinasiya yoxdursa, sağ əl sol əlin nə etdiyini bilmirsə, bu sadəcə fəlakətdir. Lakin əgər bu qərar Hərtərəfli Birgə Fəaliyyət Planının xilası ilə bağlı Vyanada davam edən danışıqların qızğın vaxtında bilərəkdən qəbul olunubsa, bu artıq fəlakət deyil, cinayətdən betər səhvdir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR