Lavrov: "Koronavirus böhranı MDB ölkələrinin bir-birinə bağlı olduğunu bir daha nümayiş etdirdi"

#
# 17:09
12 may 2020

“Koronavirusla bağlı yaranmış böhran bir daha nümayiş etdirdi ki, biz hamımız bir-birimizə bağlıyıq, bir-birimizdən asılıyıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən görüşünün yekunları ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında deyib.

Rusiya XİN başçısı MDB ölkələri ərazilərinin infeksiyalı xəstəliklərdən sanitar qorunması ilə bağlı Koordinasiya Şurasının mart və aprel aylarında iki iclas keçirdiyini söyləyib: "Bu ay növbəti iclasın keçirilməsinə hazırlıq gedir".

S. Lavrov Koordinasiya Şurasının yanında koronavirusla bağlı vəziyyəti monitorinq etmək üçün İşçi Qrupun yaradıldığını da qeyd edib: "Biz bu gün Birlik ölkələrinin infeksion xəstəliklərlə mübarizədə hüquqi-normativ bazasının möhkəmləndirilməsi barədə razılığa gəldik. Bununla əlaqədar "Rospotrebnadzor" tərəfindən irəli sürülən iki Saziş layihəsinin işlənib hazırlanmasını sürətləndirməyə razılaşdıq. Bunlardan birincisi, MDB ölkələrinin ərazilərinin sanitar mühafizəsi haqqında, ikincisi isə MDB ölkələrində ictimai səhiyyə və sanitar-epidemioloji xarakterli sahələrdə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq sazişidir. Özbəkistan tərəfinin koronavirus infeksiyasının yayılması ilə mübarizə mövzusunun MDB hökumət başçılarının iclasına təqdim olunması təklifini dəstəklədik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR