Lavrov: “MDB ölkələri koronavirusa adekvat reaksiya verir”

Lavrov: “MDB ölkələri koronavirusa adekvat reaksiya verir”
# 12 may 2020 16:23 (UTC +04:00)

“MDB ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyasına adekvat və vaxtında reaksiya verir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov MDB dövlətləri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən görüşünün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“MDB-nin ümumilikdə dəyişən reallığa operativ reaksiya verdiyini, pandemiyaya qarşı mübarizədə razılaşdırılmış addımlar atdığını qeyd etdik. MDB çərçivəsində koronavirus pandemiyasından daha çox əvvəllər yaradılmış ərazilərin infeksiyalı xəstəliklərdən sanitar qorunması ilə bağlı Koordinasiya Şurası aktiv fəaliyyət göstərir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov koronavirusla bağlı mübarizənin MDB ölkələrinin hökumət başçılarının mayın 29-da keçiriləcək iclasında da müzakirə olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR