Lavrov Türkiyəni Kiyevin militarist hislərini alovlandırmamağa çağırıb

Lavrov Türkiyəni Kiyevin militarist hislərini alovlandırmamağa çağırıb
# 12 aprel 2021 16:35 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni Kiyevin bəyanatlarını təhlil etməyə və Ukrayna hakimiyyətinin militarist hisslərini alovlandırmamağa çağırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu S. Lavrov mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib.

“Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”, - deyə S. Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR