Lavrov albaniyalı həmkarı ilə ATƏT məkanındakı münaqişələri müzakirə edib

Lavrov albaniyalı həmkarı ilə ATƏT məkanındakı münaqişələri müzakirə edib
# 26 fevral 2020 15:13 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri, Xarici İşlər və Avropa naziri Edi Rama ilə ATƏT məkanındakı münaqişələri müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN başçısı albaniyalı həmkarı ilə danışıqların yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında bildirib: "Albaniyalı həmkarımla ATƏT məkanındakı münaqişələri, o cümlədən Kosovo münaqişəsinin nizamlanmasını, ATƏT məkanındakı münaqişələrin həllində təşkilatın yardımçı rolunu müzakirə etdik. Kosovo problemi barədə ətraflı danışdıq. Kosovo problemi beynəlxalq hüquqa müvafiq həll olunmalıdır və BMT Təhlükəsizlik Şurasının razılığını almalıdır".

S. Lavrov ATƏT sədri ilə danışıqlarda Ukraynadakı vəziyyəti ətraflı müzakirə etdiklərini də söyləyib: "Albaniya ATƏT-ə sədrliyi dövründə Ukrayna münaqişəsinənin həllində Minsk razılaşmalarının yerinə yetirilməsinə yardımçı olmağı özünə prioritet hesab edir. Biz bu cür yanaşmanı dəstəkləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR