Lavrov: “İranla nüvə sövdələşməsi ABŞ və avropalı iştirakçıların mövqelərinə görə çökmə təhlükəsindədir”

#
# 15:50
30 dekabr 2019

“İranla nüvə sövdələşməsi ABŞ və avropalı iştirakçıların mövqeləri səbəbindən çökmə təhlükəsindədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə apardığı danışıqların yekununa dair birgə mətbuat konfransında deyib.

Rusiya XİN başçısı ölkəsinin İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılması üçün səylərindən danışıb.

“Bu saziş çox vacib beynəlxalq razılaşmadır, ABŞ isə bunu pozmağa cəhd edir. Beynəlxalq diplomatiyanın çox vacib nailiyyəti olan bu saziş çökmə təhlükəsi altındadır. Təəssüflər olsun ki, Avropa İttifaqından olan həmkarlarımızın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı öhdəliklərini tam yerinə yetirmədiyini görürük. Əminik ki, əgər Vaşinqton tərəfindən dünyanın bütün ölkələrinə istisnasız olaraq tətbiq olunan belə bir xətt, BMT Təhlükəsizlik Şurasının qərarına əməl olunmamaq davam edərsə, bütün bunlar region və bütövlükdə beynəlxalq münasibətlər üçün ciddi mənfi nəticələrə səbəb ola bilər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR