Lukaşenko: "Belarusda dövlət çevrilişi və mənə sui-qəsd 9 May paradında planlaşdırılmışdı"

Lukaşenko: "Belarusda dövlət çevrilişi və mənə sui-qəsd 9 May paradında planlaşdırılmışdı"
# 24 aprel 2021 20:43 (UTC +04:00)

Belarusda dövlət çevrilişi planlaşdıranlar bir neçə ssenarini, o cümlədən 9 May paradında dövlət başçısına sui-qəsdi, avtomobil kortejinə və ya şəhərin kənarında yerləşən iqamətgaha hücumu nəzərdən keçiriblər.

APA-nın “BelTA”ya istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində ona və övladlarına qarşı sui-qəsd hazırlayan bir qrup şəxsin tutulduğunu bildirib. Prezident sui-qəsddə ABŞ-ın xüsusi xidmət orqanlarını ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR