Lukaşenko: “Son hadisələr göstərdi ki, Belarus böyük qardaşı Rusiyadan möhkəm tutmalıdır”

Lukaşenko: “Son hadisələr göstərdi ki, Belarus böyük qardaşı Rusiyadan möhkəm tutmalıdır”
# 14 sentyabr 2020 17:24 (UTC +04:00)

“Son hadisələr göstərdi ki, Belarus Rusiyadan möhkəm tutmalı və bütün məsələlərlə bağlı əməkdaşlıq etməlidir”.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

“Belarusdakı hadisələr Həm Moskvanın, həm də Minskin keçdiyi çox ciddi dərsdir. Bu hadisələrdən bütün MDB ölkələri dərs çıxarmalıdır”, - deyə Lukaşenko vurğulayıb.

Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyindən danışan Lukaşenko onu da qeyd edib ki, Rusiya və Belarus qarşıdakı illər üçün birgə hərbi təlimlər planlaşdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR