Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda ittiham olunanlar öz günahlarını etiraf ediblər

Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda ittiham olunanlar öz günahlarını etiraf ediblər
# 26 aprel 2021 00:34 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd və ölkədə hərbi çevriliş hazırlamaqda ittiham olunan şəxslər öz əməllərini etiraf ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət telekanalı olan “ONT” videogörüntülər təqdim edib.

Baş verənlərlə bağlı vəkil Yuri Zenkoviç, politoloq Aleksandr Feduta və müxalif “Belarus Xalq Cəbhəsi” partiyasının lideri Qriqori Kostusyev ifadə verib.

Qeyd edək ki, aprel ayının ortalarında prezident A.Lukaşenko özünün və ailə üzvlərinin həyatlarına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu açıqlamışdı. Dövlət başçısı bu işdə ABŞ xüsusi xidmət orqanlarının da iştirak etdiyini bildirmişdi.

Qrupa həm Belarus vətəndaşları, həm də xarici vətəndaşlar daxildir. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin açıqlamasına görə, həmin şəxslər hakimiyyəti güc yolu ilə ələ keçirmək üçün silahlı üsyan təşkil etmək istəyirmişlər. Faktla əlaqədar dörd nəfərə qarşı ittiham elan edilib, Zenkoviç və Feduta Rusiya Federal Təhlükəsizlik Xidmətinin köməyi ilə Moskvada, Kostusyev isə Belarusun özündə həbs olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 357-ci maddəsinin 1-ci hissəsi – “Dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə sui-qəsd və ya digər hərəkətlər təşkil etmə” ilə ittiham irəli sürülüb. Onları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR