MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin Müdafiə nazirləri Moskvada görüşəcəklər

MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin Müdafiə nazirləri Moskvada görüşəcəklər
# 04 fevral 2020 12:23 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə nazirləri iyunda Moskvada görüşəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, adıçəkilən təşkilatların Müdafiə nazirliklərinin nümayəndələri fevralın 4-5-də Moskvada müdafiə nazirlərinin iyun görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirlikləri bu görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR