Maksim Şevçenko koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Maksim Şevçenko koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
# 08 aprel 2020 14:04 (UTC +04:00)

Rusiyalı tanınmış telejurnalist Maksim Şevçenko koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə jurnalistin “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, özəl bir klinikada komputer tomoqrafiyasından sonra M. Şevçenkoya ağciyərlərinin iltihabı diaqnozu qoyulub.

Jurnalistdən COVİD-19 testi götürülüb, testin cavabları hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR