Mayın 18-də Rusiya vətəndaşları Azərbaycandan təxliyə ediləcək

Mayın 18-də Rusiya vətəndaşları Azərbaycandan təxliyə ediləcək
# 15 may 2020 16:37 (UTC +04:00)

Mayın 18-də Rusiya vətəndaşları Bakı-Moskva aviareysi ilə Azərbaycandan təxliyə ediləcək.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya 16-25 may tarixlərində bir sıra ölkələrdə olan vətəndaşlarının ölkəyə gətirilməsi üçün aviareyslər təşkil edəcək.

Nazirliyin yaydığı siyahıda mayın 18-də Bakı-Moskva aviareysinin təşkil olunacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR