Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

#
# 16:26
20 dekabr 2019

Ermənistanın Apelyasiya məhkəməsi sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib.

APA-nın aysor.am saytına istinadən verdiyi xəbərə görə, hakim Lusine Abqaryan bildirib ki, R. Koçaryanın apelyasiya şikayəti təmin edilməyib, qərardan şikayət verilə bilər.

Qeyd edək ki, R. Koçaryanın vəkilləri İrəvan birinci instansiya məhkəməsinin sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina etməsi ilə bağlı qərarından apelyasiya şikayəti veriblər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR