Minskdə keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanılıb

Minskdə keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanılıb
# 14 sentyabr 2020 05:35 (UTC +04:00)

Belarusun paytaxtı Minskin müxtəlif rayonlarında bazar günü keçirilən icazəsiz etiraz aksiyasında 400-dən çox etirazçı saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Saat 19:00-dan etibarən (Bakı vaxtı ilə 20:00) ölkədəki etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə bitib. Bir neçə yüz nəfər saxlanılıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox adam nəzarətə alınıb”, - deyə nazirliyin “Telegram” kanalında yayılan məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR