Moldovada koronavirus qurbanlarının sayı 46 nəfərə çatıb

Moldovada koronavirus qurbanlarının sayı 46 nəfərə çatıb
# 16 aprel 2020 04:16 (UTC +04:00)

Son sutkada Moldovada koronavirusdan daha iki xəstə ölüb. Bununla da ölənlərin ümumi sayı 46 nəfər olub.

APA Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə Nazirliyi facebook səhifəsində məlumat yayıb.

Bildirilib ki, bu günə qədər yeni virusa yoluxmuş 171 nəfər sağalıb.

Xatırladaq ki, martın 25-dən etibarən ölkədə 63 yaşdan yuxarı insanların ehtiyac olmadan evdən çıxmasına icazə verilmir. Digər yaş quruplarının isə ictimai yerlərə getməsi və üç nəfərdən çox toplaşması qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR