Moskva hava limanlarında 20-dən çox uçuş ləğv edilib və təxirə salınıb

#
# 05:32
7 oktyabr 2020

Rusiyanın paytaxtı Moskvada yerləşən hava limanlarında 25 uçuş ləğv edilib və təxirə salınıb. 

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə «Əndeks. Raspisaniə» portalında yerləşdirilimiş uçuş qrafikində bildirilib.

Moskva vaxtı ilə 00.07-dən etibarən “Vnukovo” limanında 4 uçuş ləğv edilib və eyni sayda uçuş təxirə salınıb.

“Domodedovo”da 14 reys təxirə salınıb. “Şeremetyevo”da isə 2 reys ləğv edilib, 1 reys təxirə salınıb.

Qeyd edək ki, digər hava limanı - “Jukovski”də uçuşların təxirə salınması və ləğvi barədə məlumat verilməyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR