Moskva müftisi miqrantları COVID-19-a qarşı peyvənd olunmağa çağırıb

Moskva müftisi miqrantları COVID-19-a qarşı peyvənd olunmağa çağırıb
# 22 aprel 2021 15:43 (UTC +04:00)

Leqal miqrantlar Rusiyada koronavirusa qarşı peyvənd olunmaq imkanına malikdirlər və bunu etməlidirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müsəlmanlarının Ruhani Məclisinin rəhbəri, Moskva müftisi Əlbir Krqanov bildirib.

“Biz miqrantları peyvənd olunmağa çağırırıq. Bu çağırış həm Rusiyaya gəlməyi planlaşdıranlara, həm də artıq Rusiyada olan miqrantlara aiddir. Rusiyadakı leqal miqrantların koronavirusa qarşı peyvənd olunması üçün heç bir məhdudiyyət yoxdur. Onlar peyvənd olunurlar. Miqrantların, xüsusi ilə də xidmət sahəsində fəaliyyət göstərən miqrantların peyvənd olunmasında hamı maraqlıdır, kimlər ki, ərzaq məhsulları daşıyır, taksi xidmətində çalışır”, - deyə Ə. Krqanov vurğulayıb.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB ölkələrinin əvvəlki əmək miqrasiyası mübadiləsinin bərpa olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu proses sanitar tələblər nəzərə alınmaqla keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR