Moskvada COVID-19 qurbanlarının 4300-ü keçib

Moskvada COVID-19 qurbanlarının 4300-ü keçib
# 20 iyul 2020 02:37 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 15 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4314-ə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 233,5 mindən çox Moskva sakini koronavirusa yoluxub, 170 539 xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 771 546 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6109 nəfər bu virusa yoluxub, 95 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 12 342 nəfərdir, indiyədək 550 344 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR