Moskvada İkinci Dünya müharibəsindən qalan mina tapılıb

Moskvada İkinci Dünya müharibəsindən qalan mina tapılıb
# 15 may 2020 13:20 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində İkinci Dünya müharibəsindən qalan mina tapılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın cənub-şərqində Gənc Leninçilər küçəsinə yaxın yerləşən meşəlik ərazidə tapılan minanın İkinci Dünya müharibəsindən qaldığı məlum olub.

Hadisə yerinə hərbi komendaturanın mina təmizləyənləri gəlib.

Bundan əvvəl isə Moskvanın şimal-qərbində yerləşən Bolşaya Naberejnaya küçəsində aparılan tikinti zamanı 122 mm-lik artilleriya mərmisi tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR