Moskvada Rusiya və Türkiyə arasında Liviya ilə bağlı məsləhətləşmələr keçirilib

Moskvada Rusiya və Türkiyə arasında Liviya ilə bağlı məsləhətləşmələr keçirilib
# 24 dekabr 2019 13:50 (UTC +04:00)

Moskvada Rusiya və Türkiyə arasında Liviya ilə bağlı məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-də keçirilən ekspert məsləhətləşmələrində Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya XİN başçısının müavini Mixail Boqdanov və Türkiyə XİN başçısının müavini Sedat Önal iştirak ediblər.

Məsləhətləşmələrin yekununda Liviya problematikası və bu ölkədə böhranın tezliklə nizamlanmasına mümkün köməyin göstərilməsi ilə bağlı təmasların davam etdirilməsi haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR