Moskvada bir gündə 30 nəfər koronavirusdan ölüb

Moskvada bir gündə 30 nəfər koronavirusdan ölüb
# 10 oktyabr 2020 01:53 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 30 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5560-a çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 321 812 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 3701 nəfər təşkil edib. Ümumilikdə 259 127 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR