Moskvada bir sutkada 14 nəfər COVID-19 diaqnozu ilə ölüb

Moskvada bir sutkada 14 nəfər COVID-19 diaqnozu ilə ölüb
# 18 iyul 2020 03:46 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 14 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4285-ə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 232 mindən çox Moskva sakini koronavirusa yoluxub, təxminən 170 min xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 759 203 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6406 nəfər bu virusa yoluxub, 186 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 12 123 nəfərdir, indiyədək 539 373 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR